• şənbə, 20 Aprel, 13:53
  • Baku Bakı 23°C

Erməni hərbçiləri arasında qarşıdurma ən yüksək həddə çatıb

26.10.20 21:58 477
Erməni hərbçiləri arasında qarşıdurma ən yüksək həddə çatıb

Ermənistan ordusunun hərbçiləri arasındakı nizam-intizamsızlığa dair yeni videogörüntü yayılıb.
"Report”un məlumatına görə, hərbçilər arasındakı dialoqda əsgərlərin acınacaqlı durumda olduğu, habelə zabit-əzgər münasibətlərindəki qarşıdurmanın ən yüksək həddə çatdığı əks olunur.
- Biz 10 gündür ki, bura gəlmişik. Yiyəsiz şəraitdə qalmışıq.
- Yiyəsiz olmamısınız! Mən sizin başınızın üstündə olmuşam.
- Nə edəcəyimizi bilmirik.
- Qaçanda bilməyəcəksiniz də!
- Silah atəş açmır!
- Ver bura! Baxım görüm! Silahın atəş açmır?! Silahı hər dəfə atəş açandan sonra təmizləmək lazımdır. Bəs palçığın içində dava edirsən! (silahdan atəş açır-red) Niyə atəş açdı?! Al tut! (silahı verir-red) Gəlin irəli! İndi mənimlə birlikdə piyada vuruşmağa gedirik!
- Mən konkret irəli getməyəcəyəm!
- Bunun üzünü çəkin! Birləşdir, bunun üzünü göstər.
- Birləşdirmə! Birləşdir! Sözümü deyim! Deyim ki, yiyəsiz camaatın çəkməsi yoxdur ki, geyinsin.
- Bəs ayağınızdakı nədir?!
- Mənim varımdı. O birinin yoxdur?!
- Kimin yoxdur?!
- "Buşlat" yoxdur, yağış, palçığın içindədirlər.
- Yalan deyirsən! Mən hərbi hissə komandiriyəm. Millət, baxın! Bizim erməni xalqı neçə geri qaçır!
- Millətim, baxın! Erməni xalqı qaçmır. Erməni xalqının yiyəsi yoxdur, erməni xalqına xəyanət ediblər!
- Hərbi hissə komandiri cənab Mikayelyan, mən bunu sizə şəxsən göndərəcəm. Bu sözləri deyən, danışan razdanlıdır.
- Cənab Mikayelyan, sizin həmkəndlinizəm, Vartgezin oğluyam. Yiyəsizik! "Roqatka" ilə deyirlər ki, gedin! Silah istəyirik. Deyirlər ki, yoxumuzdur. Deyirlər, piyada tankın önünə gedin!
- Baxın, çiynində "roqatka" dır?! Mən bu videonu şəxsən sənə göndərəcəyəm. Yayloyandır. Baxın, erməni milləti sənin müdafiəçilərin neçə qaçır!

banner

Oxşar Xəbərlər