• çərşənbə axşamı, 19 mart, 08:08
  • Baku Bakı 8°C

Erməni fəlakəti

09.07.20 16:46 844
Erməni fəlakəti
Keçmiş baş nazir Ermənistanda baş verənləri kütləvi qırğın adlandırır

Bu gün Ermənistanda baş verənləri milli fəlakət adlandırmaq olar. Söhbət təbii ki, koronavirus pandemiyasından gedir. Gündəlik olaraq ölkə ərazisində 500-600 nəfər COVİD-19-a yoluxur və bu da əhali sayına görə yoluxanların nisbətində ölkəni dünyada "lider” mövqeyə yüksəldib. Xəstə sayı isə 31 mini keçib. Artıq yaxın günlərdə yenidən fövqəladə vəziyyət rejiminin bərpa ediləcəyi bildirilir. Rusiyanın "Vestnik Kafkaza” nəşri yazır ki, Ermənistanda koronavirusla bağlı yaradılan vahid informasiya mərkəzi xəstəliyin sürətlə yayılması hallarını araşdırmağa çalışsa da, ağlabatan bir fikir ortaya qoya bilmir. Bir qisim vətəndaşları, digər qisim isə hakimiyyəti səriştəsizlikdə günahlandırır. "Bəs görəsən Ermənistanda nə baş verdi? Nə üçün qonşu Gürcüstanda vəziyyət tam nəzarət altına alındı və nəticədə ölkə virusla mübarizədə ən yüksək mövqeyə yüksəldi. Ermənistan isə nəinki sərhədləri açdı, əksinə, dünya ictimaiyyətinə kömək üçün müraciət edib. Nəşrin erməni yazarı "məqsədli şəkildə qonşu Azərbaycandakı vəziyyəti analiz etmək istəmirəm. Azərbaycan əhali və ərazisinə görə hər iki ölkəni üstələyir. Bu iki dövlət isə hərtərəfli bir-birini tamamlayır. Birində hər şry normadır, digərində isə tam fəlakət hökm sürür”, yazıb. Əlavə edir ki, hər iki ölkədə pandemiya eyni vaxtda başladı və fövqəladə tədbirlər görüldü. Tədbirlər də identik oldu - müəssisələrin fəaliyyəti dayandırıldı, nəqliyyat və mağazalar işləmədi, idman və digər təbdirlər ləğv edildi. Özü də Ermənistanda məhdudiyyətlər Gürcüstanla müqayisədə daha sərt idi, cərimələr də yüksək idi. Hər şey normal axarda gedirdi və qəfildən "partlayış” baş verdi. Baş verənləri anlamaq üçün müəllif yaxın tanışı olan Ermənistan sakinlərinə müraciət edib. Rəyi soruşulan şəxslər Gürcüstana müqayisədə Ermənistanda təbliğat işinin həddən artıq zəif getdiyini bildiriblər. Müxtəlif kanallarda siyasi liderlər, yüksək rütbəli məmurlar, populyar artist, həkim, epidemiloqlar, idmançılar çıxışlar edir, hamı da sərt və maksimal dərəcədə kəskin danışırdı. Bütün xəbərdarlıqlar da özündə sərt qaydalar ehtiva edirdi – polis də əlini yanına salıb durmamışdı. Ermənistanda isə təbliğat tamam başqa səviyyədə idi. Belə baxanda gürcülər kimi danışırdılar, lakin hədə-qorxu yox idi. Əvvəlcə insanlar qaydalara əməl edirdilər, sonradan hər şey yaddan çıxdı. Əhali yox, məmurlar hər cür işlərə əl atdılar, hətta yüksək rütbəli bir məmur oğluna sosial şəbəkədə yayımlanmaqla toy da elədi. Erməni yazar bu qənaətdədir ki, digər bir səbəb vətəndaşların virusa etinasız yanaşmaqlarındadır. İnsanlar kütləvi yerlərdə maska taxmır, əlcəkdən istifadə etmirdilər. Vəziyyətin belə həddə gəlməsində isə hakimiyyətin günahı olduğunu əksəriyyət bəyan edir. "Məmurlar öz yerlərində deyil, səlahiyyətlərinin öhdəsindən gələ bilmirlər. İnsanların özlərini aparmaqları isə məmurların üzərlərinə düşən vəzifələrin öhəsindən gələ bilməmələri ilə bağlıdır. Nə üçün bəziləri ümumiyyətlə pandemiyaya inanmır. Baş nazir demək olar hər gün maska ilə sosial şəbəkədə çıxış etsə də, pandemiyadan danışanda intonasiyası tamam başqa cür olur. Məgər onun imicmeykeri yoxdur ki, bunları ona başa salsın? Səhiyyə naziri bəs? Onun yerinə kim olsaydı çoxdan istefa verərdi. Gah Gürcüstanla söyüşdü, gah da özündən əvvəlki naziri pislədi. Koronvirsla mübarizdən başqa hər şey haqqında danışır. Bütün bunlar ölkədə mövcud vəziyyəti analiz etməyə imkan verir”, - deyə erməni yazar gəldiyi qənaəti bölüşüb. Onun sözlərinə görə, baş nazir növbəti açıqlamalarından birində əhalini epidemioloqların tövsiyələrini qulaqardına vurmaqda ittiham edib. "Küçədə gəzərkən insanlar mənim maşınımı görən kimi dərhal maskalarını çıxarıb üzlərinə taxırlar. Mən başa düşmürəm – siz maskanı mənim üçün, polis, və yaxud hökumət üçün taxırsınız? Qaydanı pozanlar başqasının ölümünə səbəb olurlar”, - deyə yazar Nikol Paşinyanın fikirlərini sitat gətirib. Sosial şəbəkələrdə isə bəzi istifadəçilər baş nazir Paşinyana onun Şuşada Arayik Harutyunyanın andiçmə mərasimindən sonra ziyafət zamanı epidemioloji təhlükəsizlik qaydalarına riayət edilmədiyini irad tuturlar. Şəbəkədə yayılmış şəkildə görünür ki, masa arxasında toplaşanların əksəriyyəti nə maska taxıb, nə də sosial məsafə saxlayır.
Yeri gəlmişkən, bu günə olan məlumata görə, azı 6 parlament üzvü və 5 Milli Məclis Aparatının üzvü virusa yoluxub, daha 15 millət vəkilinin özünü təcrid etdiyi bildirilir. Yoluxan millət vəkilləri "Mənim Addımım” və "Çiçəklənən Ermənistan” fraksiyalarının təmsilçiləridir. Həmçinin fraksiyanın rəhbəri Qaqik Çarukyanın yoluxduğu və Erebunu tibb mərkəzində müalicə olunduğu xəbər verilir. Yoluxan deputatlar arasında "İşıqlı Ermənistan” fraksiyası üzvlərinin olduğu haqqında məlumat yoxdur.
Yeri gəlmişkən, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan hesab edir ki, Nikol Paşinyan hakimiyyətə inqilab yox, çevriliş nəticəsində gəlib: inqilab dəyərlərin dəyişməsidir, idarəetmənin bugünkü keyfiyyəti isə təhlükəlidir, ölkə gündən-günə geriyə gedir”. Onun sözlərinə görə, baş nazirin, komendantın və biabırçı səhiyyə nazirinin timsalında Ermənistanda uğursuz idarəetmə həyata keçirilir. Ermənistanda koronavirsudan ölənlərə gəlincə, Baqratyan qeyd edib ki, bu, kütləvi erməni qırğınıdır, lakin Paşinyan infeksiyaya qarşı mübarizə aparmaq əvəzinə diktator hakimiyyətini gücləndirir. Siyasi analitik İrakli Menaqarişvili isə bildirib ki, Ermənistanda hər gün yüzlərlə koronavirusa yoluxma halı qeydə alınmağa davam etdiyi halda, Gürcüstanda az sayda yoluxma halı qeydə alınır. O bildirib ki, yoluxma məsələsinə tam cavab vermək üçün Gürcüstan və Ermənistanın səhiyyə sisteminin vəziyyətindən, tərəflərin həyata keçirdiyi bütün addımlardan xəbərdar olmaq lazımdır. Onun sözlərinə görə, Gürcüstanda vəziyyət Ermənistandakından daha uğurludur. "Gürcüstan çox erkən sərhədlərini bağladı və ölkə daxilində epidemiya əleyhinə fəaliyyətlərə başladı”, - deyə o qeyd edib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər