• şənbə, 20 Aprel, 04:46
  • Baku Bakı 15°C

Erməni faşistlərinin təxribatı Gəncə sakinlərini qorxutmur

09.10.20 13:08 538
Erməni faşistlərinin təxribatı Gəncə sakinlərini qorxutmur
İşğalçı Ermənistanın ölkəmizə qarşı təxribat hücumlarını davam edir. Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirilməsinə baxmayaraq havadarlarına güvənən bu bədnam ölkə işğalçılıq siyasətini yürütməklə, özünü necə rəzil duruma saldığını açıq-aydın nümayiş etdirir.
Oktyabr ayının 4-də erməni vandalları tərəfindən Gəncəyə atılan raketlər sayəsində şəhərin infrastukturuna ciddi ziyan dəydi, dinc sakinlər yaralandı, tarixi abidələr zərər çəkdi. Raket zərbəsindən zərər çəkənlərdən biri də Zəhra Eyyubova adlı 10 aylıq körpə oldu.
Ermənistan silahlı qüvvələrinin bir neçə gündür Gəncə şəhərini ağır artilleriya və raketlərdən atəşə tutmasına baxmayaraq, şəhər ərazisində vətəndaşlar arasında heç bir ruh düşkünlüyü yoxdur. Gəncə sakinləri erməni təxribatından qorxmur, raket zərbələri nəticəsində xəsarət alanlara maddi və mənəvi dəstəklərini nümayiş etdirirlər. Bu işdə şəhər sakinləri ilə yanaşı, şəhər İcra Hakimiyyətinin nümayəndələri, YAP Gəncə şəhər təşkilatının fəalları, könüllü gəncləri fəallıq göstərirlər.
Gəncə sakinləri yaxşı bilirlər ki, faşist siyasəti yürüdən erməni hakimiyyətinin mülki əhali və infrastrukturu məqsədyönlü şəkildə hədəfə alınmasında məqsəd dinc sakinləri təşvişə salmaq idi.
Əminliklə deyə bilərik ki, avantürist erməni hakimiyyəti məqsədinə çata bilmədi. Gəncə sakinləri düşmən terrorundan, təxribatından çəkinmədən öz işinə-gücünə davam edir, şanlı Ordumuzun uğurlarından daha da ruhlanır və əmindirlər ki, tezliklə Azərbaycan haqq mübarizəsində qalib olacaq.
banner

Oxşar Xəbərlər