• cümə, 29 Mart, 09:17
  • Baku Bakı 5°C

Erməni ekspert: "Ermənistanda demoqrafik vəziyyət böhran həddinə çatıb”

11.07.16 17:07 1238
Erməni ekspert: "Ermənistanda demoqrafik vəziyyət böhran həddinə çatıb”
"Ermənistanda demoqrafik durum böhran həddindədir”.

APA-nın "Yerkramas”a istinadən verdiyi məlumata görə, bunu ermənistanlı demoqraf Ruben Yeqanyan deyib.

O, ölkəsində doğum səviyyəsinin aşağı düşdüyünü bildirib: "Problem tək sosial vəziyyətlə bağlı deyil.Ağır 90-cı illərdə Ermənistanda doğulmuş az sayda insan hazırda reproduktiv yaşdadır. Daha yuxarı yaşda olan insanların da nihaka girməsinə baxmayaraq, onların reproduktiv mərhələsi keçdiyindən valideyn ola bilmirlər, nəticədə əhali artımı baş vermir. Ən böyük problem isə miqrasiya məsələsidir. Hələ ki, miqrasiya sahəsində müsbət irəliləyiş yoxdur. Ölkədən çıxan və gələn şəxslərin illik mənfi saldosu 40 min nəfər təşkil edir ki, bu da Ermənistan əhalisinin 1-1,5 faizi qədərdir”.

Ekspert bildirib ki, inzibati amirlik tədbirləri qısa müddətdə demoqrafik vəziyyətin yaxşılaşmasına gətirib çıxarsa da, uzunmüddətli perspektivdə effektli deyil.
banner

Oxşar Xəbərlər