AZE | RUS | ENG |

Erməni dronu və flaqştoksuz Stepanakert əskisi

Erməni dronu və flaqştoksuz Stepanakert əskisi
Bunun da gördük: yenə təxribat, "erməni müdriklərinin” daha bir uydurması.
Nə etmək olar, bizim yeni qonşularımız (iki yüz il əvvəl İrandan Azərbaycan torpaqlarına köçüblər) ölkəmizin beynəlxalq arenada daha bir qələbəsini hiss etdikdə təxribat törətməyi və Qarabağın həmişə onlara məxsus olduğunu və əsrlərlə belə olacağını bağırmağı sevirlər. Yaxşısı budur ki, onlar "Qarabağ”ın qələbəsi ilə bağlı mərcə qoşulub pul qazansınlar. Heyhat. Onlar pul toplayaraq dron alıb və "ikinci əl” əskidən "Stepanakert bayrağı” tikiblər.
Oktyabrın 4-də Azərbaycanın "Qarabağ” və Lüksemburqun "Düdelanj” klubları arasında görüş keçirilib. Futbolçularımız rəqib komandanın qapısından ikinci qolu keçirdikdə, stadionun üzərində Stepanakert əskisi bağlanmış dron peyda oldu.
Ənənəvi Avropa dəyərlərinə sədaqət dərhal özünü göstərdi. Lüksemburqun İdman naziri Den Kerş mikrofona yaxınlaşaraq öz hökumətinin adından "Qarabağ”dan üzr istədi. Qeyd etdi ki, təqsirkarlar cəzalarını alacaqlar. Onun sözlərindən belə sətiraltı məna hasil oldu ki, onlar özləri bu cür alçaqlığa qadir deyillər. Yerli azarkeşlər nazirin çıxışına əl çaldılar, futbolçularımız da onların tribunasına yaxınlaşaraq, öz növbəsində, onları alqışladılar. Hesabın 4:1 "Qarabağın” xeyrinə olmasına baxmayaraq, hər iki klub meydançadan dostcasına ayrıldı. Əminik ki, Lüksemburq komandası Bakıda Tofiq Bəhramov adına stadionun meydançasına çıxdıqda, azərbaycanlılar da onları ayaq üstə alqışlayacaq.
Ermənilərin və onların himayədarlarının hansı hoqqalardan çıxmasından asılı olmayaraq, Stepanakert əskisinin heç bir zaman flaqştoku olmayacaq.
Drona gəldikdə isə, azərbaycanlıların bu aparatları necə buraxacaqlarını qonşulara xatırladım. 2016-cı ilin Aprel döyüşlərində ermənilər bizim dronların hədəfi necə vurduğunu yaxşı bilirlər.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8752
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1433
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1733
CHF 1 1 İsveçrə frankı 1.7072
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2883