• cümə axşamı, 25 aprel, 09:56
  • Baku Bakı 14°C

Ərəb Dövlətləri Liqası Fələstin dövlətinin beynəlxalq tanınmasını istəyir

10.12.17 09:30 2411
Ərəb Dövlətləri Liqası Fələstin dövlətinin beynəlxalq tanınmasını istəyir
Ərəb Dövlətləri Liqası Şurası Qahirədə XİN başçıları səviyyəsində keçirilən iclasının yekununda Fələstin dövlətinin 1967-ci il 4 iyun sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla beynəlxalq tanınmasına çağırıb.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, bununla yanaşı, ərəb ölkələri BMT Təhlükəsizlik Şurasından ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarına baxmasını xahiş etmək niyyətindədir. Ağ ev administrasiyasından isə bu qərarın ləğv olunması tələb edilib.
Yaxın Şərqdə ABŞ-ın ən yaxın tərəfdaşlarından olan Ər-Riyad da Vaşinqtonun Qüdsə dair qərarına yenidən baxmasını istəyir. Bunu Ərəb Dövlətləri Liqası Şurasının iclasında Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr bəyan edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən çərşənbə günü Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. O, həmçinin Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə hazırlıq görülməsi üçün Dövlət Departamentinə tapşırıq verib.
banner

Oxşar Xəbərlər