AZE | RUS | ENG |


Ərdoğan Tsipras ilə türk hərbçilərin ekstradisiyasını müzakirə edib

Ərdoğan Tsipras ilə türk hərbçilərin ekstradisiyasını müzakirə edib
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Çinə səfəri çərçivəsində Yunanıstanın baş naziri Aleksis Tsipras ilə görüşüb. APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, görüşdə dövlət çevrilişi cəhdində ittiham olunan 8 türk hərbçinin ekstradisiyası məsələsi müzakirə edilib.
 
Qeyd edək ki, Afina Apelyasiya Məhkəməsi ötən həftə hərbi çevriliş cəhdində ittiham olunan 8 türk hərbçidən ikisinin ekstradisiya olunmasına dair Türkiyə hökumətinin sorğusunu təmin etməkdən imtina edib. Xatırladaq ki, Türkiyədə ötən ilin iyulunda çevriliş cəhdinin qarşısı alındıqdan sonra türk ordusunun 8 zabiti helikopterlə Yunanıstana qaçıb. Bundan əvvəl məhkəmə daha 6 fərarinin ekstradisiyasına dair sorğunu rədd edib.  
 
Ərdoğan-Tsipras görüşünün qapalı şəraitdə keçdiyi bildirilir.  Görüş bir saatadək davam edib. Türkiyə liderinin administrasiyasındakı mənbənin məlumatına görə, Ərdoğan görüşdə Afinanın imtinasının iki ölkə münasibətlərində problemə səbəb olduğunu qeyd edib.  
 
Ərdoğan Ankaranın hərbçilərin ekstradisiyası məsələsində Afinanın müvafiq addımlar atacağını gözlədiyini qeyd edib.  
 
Ərdoğan və Tsipras həmçinin Kipr münaqişəsinin nizamlanması mövzusuna toxunublar. Tərəflər nizamlanmaya nail olmaq və dialoqun davam etdirilməsi üçün səylərin artırılmasının vacibliyini qeyd edib.
 
Liderlər həmçinin Egey dənizi hövzəsində gərginliyin azaldılmasının və digər məsələlərin dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğulayıblar.  
 
Qeyd edək ki, Ərdoğan Pekinə səfəri çərçivəsində Pakistanın baş naziri Navaz Şərif və Macarıstanın baş naziri Viktor Orbanla görüşüb.  
 
Xatırladaq ki, mayın 14-də Pekində "Bir kəmər – bir yol” İpək Yolu ölkələrinin forumu öz işinə başlayacaq. Forumda 29 ölkənin rəsmi şəxslərinin iştirakı gözlənilir.  





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7081
GBP 1 İngilis funt sterlinqi 2.2084
TRY 1 Türk lirəsi 0.4757
KWD 1 Küveyt dinarı 5.6114
SEK 1 İsveç kronu 0.1953
EUR 1 Avro 1.9029
CHF 1 İsveçrə frankı 1.7439
USD 1 ABŞ dolları 1.7021