• şənbə, 20 Aprel, 05:43
  • Baku Bakı 15°C

Ərdoğan Səudiyyə Ərəbistanının kralı ilə telefonla danışıb

05.05.21 10:30 486
Ərdoğan Səudiyyə Ərəbistanının kralı ilə telefonla danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səudla telefonla danışıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, söhbət zamanı iki ölkə arasındakı münasibətlər müzakirə edilib.
Prezident Ərdoğan bu həftə qeyd ediləcək Qədir gecəsi və yaxınlaşmaqda olan Ramazan Bayramı münaibəti ilə Səudiyyə Ərəbistanı Kralını təbrik edib.
Prezident Ərdoğan və Kral Salman ikitərəfli münasibətləri yaxşılaşdırmaq və iki ölkə arasında əməkdaşlıqları inkişaf etdirmək istiqamətindəki fəaliyyətləri də dəyərləndiriblər.

banner

Oxşar Xəbərlər