• şənbə, 20 Aprel, 02:08
  • Baku Bakı 15°C

Ərdoğan: “Qarabağda işğalın sona çatdırılmasında olduğu kimi, hər təşəbbüsümüzü uğurla yerinə yetirdik”

06.03.21 17:45 881
Ərdoğan: “Qarabağda işğalın sona çatdırılmasında olduğu kimi, hər təşəbbüsümüzü uğurla yerinə yetirdik”
"Bizi bir terror qurşağı vasitəsi ilə xüsusən Suriya sərhədi boyunca mühasirəyə alınmağa çalışıblar, bu, unudulmamalıdır. Millətimizin və Kipr türklərinin Şərqi Aralıq dənizindəki haqları qəsb edilməyə çalışılıb”.
APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Mavi Vətən-2021” təlimlərinivideokonfrans formatındaizləyərkən çıxışında bildirib.
Prezident deyib ki, Türkiyə bunun kimi çoxsaylı haqsızlıqlara, açıq və gizli sanksiyalara məruz qalıblar: "Qarşılaşdığımız çoxsaylı ikili standartlara baxmayaraq, maraqlarımızı qorumaqdan geri çəkilmədik. Sərhədlərimizdən kənarda həyata keçirdiyimiz əməliyyatlarla Suriyanın şimalındakı terror zəncirini 3 fərqli yerdə parçaladıq. Əməliyyatlarımızla 8200 kv.km-dən çoxdan çox ərazini İŞİD və YPG terrorçularından təmizlədik. Şərqi Aralıq dənizindəki karbohidrogen qaynaqları üzərindəki haqlarımızı nə bahasına olursa olsun, müdafiə edəcəyimizi açıq formada ortaya qoyduq. Beynəlxalq hüquq çərçivəsində atdığımız addımlarla Liviyanın qiyamçılar tərəfindən işğalına mane olduq. Ölkəmizi Antalya sahillərinə həbs etməyə hesablanmış cəhdlərin qarşısını aldıq. Dağlıq Qarabağdakı işğalın sona çatdırılmasında olduğu kimi, hər bir təşəbbüsümüzü uğurla başa çatdırdıq”.

banner

Oxşar Xəbərlər