• cümə, 29 Mart, 02:34
  • Baku Bakı 7°C

Ərdoğan problemin ABŞ-da olduğunu dedi

13.10.17 10:00 2123
Ərdoğan problemin ABŞ-da olduğunu dedi
NATO-ya üzv olan iki dövlət – ABŞ-la Türkiyə arasında münasibətlər son günlərin ən aktual məsələlərindən birinə çevrilib. Tərəflər arasında viza böhranına ən yüksək səviyyədə münasibət bildirilir və qarşılıqlı ittihamlar səsləndirilir. Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə ABŞ-ı ittiham edib.
Onun sözlərinə görə, ABŞ Türkiyə ilə müttəfiq olduğunu bəyan edir, lakin Vaşinqton Türkiyəyə heç pulla da silah satmır, eyni zamanda, PKK-nın Suriya qanadını (YPG/PYD) pulsuz silahlandırır. Əlavə edib ki, rəsmi Ankara yaxşı bilir ki, ABŞ-ın YPG/PYD-yə verdiyi silahlar gələcəkdə Türkiyəyə qarşı istifadə olunacaq: "Şimali İraqda PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlarda ələ keçirilən silahlar ABŞ və Rusiya silahlarıdır”. Türkiyə nəşrlərinə istinadən "APA” xəbər verir ki, Ərdoğan ikili standartlara baxmayaraq, dövlətlərarası münasibətlərdə kifayət qədər dözümlü olduğunu bəyan edib: "Bəziləri deyirlər ki, Türkiyə Qərbdən uzaqlaşdı, Orta Şərqə sığınıb. Belələri professor olsa da, ziyanlıdırlar. Atalarımız "ağır qazan gec qaynar” deyib. Biz bu günə qədər müzakirələrin, dialoqun tərəfdarı olduq, PKK, FETÖ terrorçularının ekstradisiyasını istədik. Ancaq imzaladığımız müqavilələrə riayət etmədilər, bürokratik əngəlləri önümüzə bəhanə kimi qoydular. Paytaxtlarının mərkəzini PKK-ya açanlar, Kandil dağında PKK terror təşkilatının rəhbərləri ilə birbaşa əlaqə quranlar bizə demokratiya dərsi keçə bilməzlər. Dünya artıq Atlantik okeanının bir tərəfindəki bir ovuc ölkənin əlində deyil. Ölkəmizdə saxlanılanlar barədə proses hüquq çərçivəsində aparılır, çalışdıqları diplomatik missiyalara da xəbər veririk. Metin Topuz adlanan şəxs ayın 4-də saxlanılıb, nə yaxınları, nə də ABŞ diplomatik missiyasından onunla görüşmək istəyən olub. Yalnız dünən bir yaxını onunla görüşmək istəyib. Bu barədə ABŞ-dan verilən bəyanatlar tam əsassızdır. ABŞ-da bir qrup yeni hakimiyyətlə Türkiyənin arasındakı münasibətləri pozmaq istəyir. Problemin səbəbkarı biz deyilik. Diləyimiz bir an öncə ABŞ hakimiyyətinin bu yanlışdan vaz keçməsidir”.
ABŞ və Türkiyə münasibətlərindəki böhrana toxunan R.T.Ərdoğanın sözlərinə görə, bu böhranın səbəbkarı Birləşmiş Ştatların Ankaradakı səfiri Con Bassdır: "ABŞ Türkiyə ilə münasibətlərini bir səfirə görə qurban verməməlidir”.
Qalmaqal qızışdıqca isə, ortaya maraqlı məsələlər çıxır. Bəlli olduğu kimi, Türkiyədəki missiyasını başa vuraraq sonrakı fəaliyyətini Əfqanıstanda davam etdirəcək səfir Con Bass Ankarada vida tədbiri keçirib. Türkiyə rəsmilərindən isə heç kim orada iştirak etməyib. Bundan yararlanan səfirvida mərasimində əvvəlcə ABŞ-ın İstanbuldakı konsulluğunun oktyabrın 4-də həbs olunan əməkdaşıMetin Topuzlabağlı sualı cavablandırıb.Səfir bildirib ki, ABŞ-ın İstanbuldakı konsulluğununəməkdaşları heç kimdən gizlənmir:"Hər bir hökumət xarici diplomatlarla necə münasibət quracağına özü qərar verir. Bu qərara hörmət edirik. Bizheç bir əməkdaşımızı istintaqdan yayındırmırıq. ABŞ hökuməti Topuzun niyə həbs olunduğuna dair izahat ala bilməyib. Təmaslar davam edir. Topuz mütəşəkkil cinayətlər və narkotiklərə qarşı mübarizə departamentində işləyirdi. Bu işbirliyi sayəsində bir çox narkotik qaçaqmalçısı yaxalanıb. Topuz vəzifə səlahiyyətlərini aşıb başqa təmaslar qurubsa, bunu sübut edən dəlilləri məmnuniyyətlə görmək istəyərik. 9,5 aydırTürkiyədə terror olmur. Ona görə yox ki, İŞİD niyyətindən əl çəkib. Bunun səbəbi ABŞ-la Türkiyə arasında bu istiqamətdə aparılan işbirliyidir”.
Con Bass Türkiyə prezidentinin onun məlum qərarı özbaşına qəbul etdiyinə dair iradına da münasibət bildirib.Səfir qeyd edib ki, viza ilə bağlı qərar ABŞ hökuməti tərəfindən qəbul edilib:"Yaranan anlaşmazlıq da iki hökumətin dialoqu ilə çözülə bilər”. Qeyd edək ki, ABŞ Dövlət Departamentinin son açıqlamasında da bildirilirdi ki, Türkiyəyə qarşı viza qərarı Departament və Ağ Evlə koordinasiyalı şəkildə qəbul edilib. "İncirlik” hərbi bazasının aqibətinin necə olacağına gəlincə, səfir bildirib ki, bu suala türk yetkililər cavab verməlidir:"Qüvvədə olan anlaşmalar var və əsgərlərin giriş-çıxışları da bu anlaşmalara bağlıdır”. Şimali İraq və Suriyadakı "Kürd dövləti” mübahisələri ilə bağlı sualıisə Bass belə cavablandırıb:"Birləşmiş Ştatlar müstəqil kürd dövlətini, kürd dəhlizini, Türkiyənin ərazi bütövlüyünün pozulmasını dəstəkləmir”.
Yeri gəlmişkən, "Financial Times” qəzetində dərc edilən məqaləsində ABŞ dövlət katibinin keçmiş müaviniFilipp Qordon yazır ki, amerikalılar Türkiyəni arzu etdikləri kimi yox, bu gün olduğu kimi qəbul etməlidirlər. Qordonyazır ki,Obamaadministrasiyasında dövlət katibinin Avropa üzrə müavini portfelini qəbul edəndə, xarici siyasət üfüqlərində ən parlaq nöqtələrdən biri də Türkiyə idi:"Ötən həftə Türkiyə ABŞ konsulluğunun bir əməkdaşını həbs edəndən sonra Birləşmiş Ştatların səfirliyi türklərə viza verilməsini dayandırıb. Bu gərginliyin eskalasiyası iki müttəfiq arasındakı uçurumu daha da dərinləşdirəcək. Ərdoğanvə bir çox türklər qəzəblidirlər ki, amerikalılar çevriliş cəhdini və onun arxasındaGülənin durmasını tam ciddiliyi ilə qəbul etmirlər. Amerikalılarsa inanırlar ki, əsil problemƏrdoğanın sərt siyasət yürütməsində və onun çevriliş cəhdinin ardınca keçirilən repressiyalarda öz siyasi opponentlərini məhv etmək niyyətində olmasındadır”. Qordonyazır ki, "iki ölkənin regional təhlükəsizlik maraqlarında da kəskin ixtilaf yaranıb. Vaşinqtonu daha çox İŞİD-lə, Türkiyəni isə Suriya və İraq kürdləri ilə mübarizə maraqlandırır. ABŞ İŞİD-in süqutundan sonra Suriyada yaranacaq boşluğun İran tərəfindən doldurulmasını istəmir və çox güman ki, kürdlərə dəstəyini bundan sonra da davam etdirəcək”. Əlavə edir ki, Türkiyənin "Həmas”, "Müsəlman Qardaşlığı” və Liviya silahlılarını dəstəkləməsi, onun Qətərlə hərbi əməkdaşlığının artması, NATO-nu rədd edib Rusiyadan raket sistemləri almasıƏrdoğanın Amerikadan küskünlüyünün nümayişidir, lakin bu, eyni zamanda iki ölkə arasındakı uçurumu daha da dərinləşdirir.
Məqalədə deyilir ki,Ərdoğanvə onun partiyası Amerikaya nifrət hissini körükləyir və təsadüfi deyil ki, Pew mərkəzinin keçirdiyi rəy sorğusuna görə, bu gün türklərin yalnız 13 faizi ABŞ-ın ideyalarına etimad göstərir, 72 faiz isə onun qüdrətini təhlükə sayır. Qordonyazır ki, "amerikalılar başa düşüləcək bir tərzdə bu reallıqları görməməzliyə vurmağa çalışırdılar, lakin indi bunun işə yaramadığını görürlər. Bu isə o deməkdir ki, heç bir illüziyasız-filansız, mümkün olan sahələrdə əməkdaşlıq etmək, lakinƏrdoğanın ABŞ vətəndaşlarını məhbus etdiyi kimi hallarda sərtlik göstərmək lazımdır”.
Qordon sonda yazır ki, avqustda məhbusların dəyişdirilməsi ideyası ortalıqda olanda,Ərdoğanöz partiyasının mitinqində uca səslə elan etmişdi: "Daha köhnə Türkiyə yoxdur. Bu yeni Türkiyədir!” O haqlıdır və ABŞ da "yeni Türkiyə” ilə onun davrandığı kimi rəftar etməlidir”.
Azər
banner

Oxşar Xəbərlər