• cümə, 29 Mart, 20:02
  • Baku Bakı 14°C

Ərdoğan İraq Kürd Muxtariyyətini referendumdan imtina etməyə çağırıb

20.09.17 09:25 1076
Ərdoğan İraq Kürd Muxtariyyətini referendumdan imtina etməyə çağırıb
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ŞimaliİraqKürd Muxtariyyətini müstəqillik ideyasından və referendum keçirmək planından imtina etməyə çağırıb.APA-nın xəbərinə görə, bunu Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanBMTBaş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.
"Müstəqillik tələbi ilə atılan addımlardan çəkinmək gərəkdir. Bu cür addımlar bölgədə yeni böhran və münaqişələrin yaranmasına səbəb ola bilər. İraqKürd Muxtariyyətini bu təşəbbüsə son qoymağa çağırırıq. Türkiyənin bu məsələ ilə bağlı aydın mövqeyinin inkar edilməsiİraqKürd Muxtariyyətinin rəhbərliyini hazırkı imkanlarından məhrum edəcək”, - deyə Ərdoğan qeyd edib.
banner

Oxşar Xəbərlər