• cümə, 29 Mart, 11:54
  • Baku Bakı 5°C

Ərdoğan: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox ciddi səy göstərməliyik"

20.09.17 09:10 1099
Ərdoğan: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox ciddi səy göstərməliyik"
Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi bölgədə sülhün bərqərar olması üçün əsas şərtdir.
APA-nın məlumatına görə, Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanbunu çərşənbə axşamıBMTBaş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı qeyd edib.
Dünyadakı münaqişələrdə sülhün təmin edilməsinin vacibliyinə toxunan Türkiyə prezidenti Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli üçün beynəlxalq ictimaiyyətinin çox ciddi səy göstərməli olduğunu vurğulayıb: "Bu gün məhəl qoymadığımız hər bir münaqişənin, sabah regional, hətta qlobal münaqişəyə çevrilə bilmə ehtimalını əsla unutmamalıyıq”.
banner

Oxşar Xəbərlər