• cümə, 19 Aprel, 15:08
  • Baku Bakı 25°C

Ərdoğan ABŞ-ın Suriyada İŞİD və PKK terror təşkilatlarına dəstək verdiyini bəyan edib

17.12.17 18:00 2032
Ərdoğan ABŞ-ın Suriyada İŞİD və PKK terror təşkilatlarına dəstək verdiyini bəyan edib
"ABŞ 4 min yük maşınından sox silah, texnika, tank vətopu PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG-yə göndərib. Rəqqa şəhərində PYD/YPG-nin ŞİD terror təşkilatı ilə əməkdaşlığı birinci dəfə deyil, sonuncu nümunələrdən biridir.Suriyada "İŞİD-ə qaç, PYD/YPG-yə tut" deyən bir mərkəz var".
APA-nın məlumatına görə, Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanbunu bu gün sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Karaman rayon təşkilatının konfransında söyləyib.
R. T. Ərdoğan deyib ki,Suriyanın Rəqqa şəhərindəki "teatr səhnəsi" PKK və İŞİD-in bir-birinin oxşarı olduğunu bir daha göstərib. Türkiyə prezidenti terror təşkilatlarından ölkələri parçalamaq planını yerinə yetirmək üçün istifadə edildiyini bəyan edib: "Mən şəxsən ABŞ prezidenti Donald Trampa dedim ki, sizhavadan dəstək verin, biz Rəqqa şəhərini İŞİD-dən azad edək. Ancaq PYD/YPG ilə birgə hərəkət etməyə üstünlük verdilər. Türkiyə "Fərət qalxanı" əməliyyatı iləSuriyada terror dövlətinin qurulmasının qarşısını alıb".
banner

Oxşar Xəbərlər