“Ən yaxşı tələffüz uğrunda” müsabiqə
Azərbaycan
Dillər Universitetində (ADU) universitetin İngilis dilinin fonetikası
kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 94-cü ildönümü və ADU-nun yaranmasının 80 illiyinə həsr olunmuş "Ən
yaxşı tələffüz uğrunda” müsabiqə keçirilib.
Təhsil fakültəsinin I
kurs tələbələri arasında Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 23 tələbənin
iştirak etdiyi müsabiqədə tələbələr ingilis dilində tələffüz bacarıqlarını
nümayiş etdiriblər.
Münsiflər heyəti müsabiqədə iştirak
edən tələbələrin tələffüz etmə bacarıqlarını qiymətləndirib, qaliblər diplomla,
digər iştirakçılar isə sertifikatla təltif olunub.
Qeyd edək ki, müsabiqənin
Azərbaycan bölməsi üzrə Viktoriya Allahverdiyeva, rus bölməsi üzrə isə Aynur
Əlizadə qalib seçilib.