AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ən yaxşı futbolçumuz Ruslan Abışovdu

Ən yaxşı futbolçumuz Ruslan Abışovdu

İdman
17 Dekabr 2012, 12:35 1512
2012-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu Ruslan Abışov olub. Trend-in məlumatına görə, bu, bazar ertəsi AFFA-nın "Milli komandaların ilin ən yaxşı futbolçusu" mükafatının təqdimetmə mərasimində elan olunub.

2012-ci ilin ən yaxşı qapıçısı Kamran Ağayev seçilib.

AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, 2012-ci il Azərbaycan idmanı və xüsusilə futbolu üçün uğurlu olub. Onun sözlərinə görə, Azərbaycanda bu il ərzində 17 yaşlı qadınlar arasında dünya çempionatının keçirilməsi, "Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilin ən böyük uğurlarındandır.

2012-ci il üçün 17 yaşlı qızlardan ibarət yığma komandanın ən yaxşı futbolçusu Aytac Şərifova, ilin ən yaxşı futzalçısı Vitaliy Borisov, ən yaxşı çimərlik futbolçusu Zeynal Zeynalov seçilib.