• cümə, 29 Mart, 10:20
  • Baku Bakı 5°C

“Ən mühüm məsələ dəmir yolu xəttinin Türkiyə ilə Azərbaycanı bir-birinə bağlamasıdır”

01.11.17 13:20 732
“Ən mühüm məsələ dəmir yolu xəttinin Türkiyə ilə Azərbaycanı bir-birinə bağlamasıdır”
”Türkiyə və Azərbaycanın iqtisadi xüsusiyyətləri bir-birini tamamlayıcı xarakterdədir”.

Bu sözləriBakı-Tbilisi-Qarsdəmir yolunun açılışınıAPAya şərh edən Türkiyənin tanınmış iqtisadçısı, keçmiş millət vəkili, ”Yeniçağ” qəzetinin iqtisadi məsələlər üzrə şərhçisi, professor Esfender Korkmaz deyib.

E. Korkmaz xatırladıb ki, bu layihə 1980-ci ildən sonra gündəmə gəlmişdi: "Qars-Ardahan və İğdır İnkişaf Vəqfi olaraq biz daima bu layihəni gündəmdə saxlamışıq. Layihəni həyata keçirmək Türkiyə və Azərbaycanın hörmətli prezidentlərinə qismət oldu. Böyük uğurdur. Bir vaxtlar layihəni xoş niyyətlə dəstəkləməsinə baxmayaraq, Gürcüstanda yol təhlükəsizliyinin lazımi şəkildə olmaması və ölkənin büdcə imkanlarının məhdudluğu işlərin bir müddət gecikməsinə səbəb oldu. Bu layihə dünya miqyaslı bir iş olduğuna görə, onun önəmi ikiqat artıqdır. Ancaq burada ən mühüm məsələ dəmir yolu xəttinin Türkiyə ilə Azərbaycanı bir-birinə bağlamasıdır. Türkiyə və Azərbaycan bu fürsətdən çox yaxşı istifadə etməlidir. Çünki qloballaşan dünyada əməkdaşlıq edən, imkanlarını birləşdirən ölkələr daha çox uğur qazanırlar. Türkiyə və Azərbaycanın iqtisadi xüsusiyyətləri bir-birini tamamlayıcı xarakterdədir. Ona görə də imkanların birləşdirilməsi hər iki ölkənin lehinədir. Bundan əlavə, dəmir yolu xətti hər iki ölkənin Orta Asiya türk respublikaları ilə iqtisadi əlaqələrinin inkişafında önəmli imkanlar yaradacaq”.
banner

Oxşar Xəbərlər