AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Emre Aydın Bakıda fırtına qopardı

Emre Aydın Bakıda fırtına qopardı

Mədəniyyət
19 Noyabr 2012, 13:49 1671
Çoxdan bəri gözlənilən konsert axır ki, baş tutdu. Türkiyəli ulduz, rok ifaçısı Emre Aydın Bakı pərəştişkarlarının qarşısına çıxdı.

Ümumilikdə konsertin təşkilatçılıq səviyyəsi o qədər də yüksək olmasa da, Emre Aydının səhnə performansı unudulmaz idi. Pərəstişkarlarının qarşısında iki saata yaxın çıxış edən müğənni ən yadda qalan mahnılarını səsləndirdi.

Böyük coşğu və anşlaqla baş tutan konsertdə gənclər səhnəyə yaxın olmaq üçün əllərindən gələni edirdilər. Emre ilə birgə bütün mahnıları ifa edən fanatların sırasında müğənninin plakatlarını tutub, ağlayanlar da az deyildi.