• cümə, 29 Mart, 03:44
  • Baku Bakı 7°C

Çempionlar Liqasının 1/4 finalçıları məlum oldu

09.08.20 10:15 902
Çempionlar Liqasının 1/4 finalçıları məlum oldu
UEFA Çempionlar Liqasının 2019/20 mövsümünün 1/4 final mərhələsinə yüksələn bütün klublar məlum old.
Trend-in məlumatına görə, ötən gün keçirilən 1/8 final mərhələsinin oyunları keçirilib. Almaniyanın "Bavariya" klubu cavab qarşılaşmasında İngilətərənin "Çelsi" klubunu 4:1 hesabı ilə məğlub edib (ilk oyun 3:0 hesabı ilə yekunlaşıb).
Digər oyunda İspaniyanın "Barselona" klubu İtaliyanın "Napoli" klubu üzərində 3:1 hesablı qələbə qazanıb (ilk oyun 1:1 hesabı ilə yükunlaşıb).
Beləliklə, "Bavariya" və "Barselona" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəliblər.
Qeyd edək ki, 1/4 final mərhələsində növbəti oyunlar keçiriləcək:
"Atalanta" - PSJ;
"Leyptsiq" - "Atletiko";
"Barselona" - "Bavariya";
"Mançester Siti" - "Lion".
banner

Oxşar Xəbərlər