• cümə, 29 Mart, 12:28
  • Baku Bakı 14°C

Çempionlar Liqasında ilk 1/4 finalçılar

12.03.14 08:38 1073
Çempionlar Liqasında ilk 1/4 finalçılar
UEFA Çempionlar Liqasında ilk 1/4 finalçıların adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk cavab oyunları Almaniya və İspaniyada baş tutub.
Səfər matçlarından qalib ayrılmış “Bavariya” və “Atletiko” (Madrid) bu dəfə rəqiblərini doğma arenada qəbul edib. Elə növbəti mərhələyə vəsiqəni də bu iki komanda qazanıb.
Londonda rəqibinə 2:0 hesabı ilə qalib gələn “pivəçilər” cavab oyununa böyük üstünlüklə çıxıb. Meydan sahibləri qələbə qazana bilməsə də, yarımfinala çıxıblar. Məlumatınız olsun ki, ötən il də bu klublar ÇL-də qarşılaşmışdı. Almaniya təmsilşisi Londonda qələbə qazansa da, doğma arenada “Arsenal”a uduzmuşdu.
Günün digər matçında “Atletiko” “Visente Kalderonda “Milan”ı qəbul edib. İtaliyada rəqibinə 1:0 hesabı ilə qalib gələn Madrid təmsilçisi doğma meydanda darmadağına sevinib.
Çempionlar Liqası
1/8 final (cavab oyunları)
11 mart
Atletiko (İspaniya) – Milan (İtaliya) - 4:1 (İlk oyun - 1:0)
Qollar: D.Koşta, 3; 85, A.Turan, 40, R.Qarsiya, 71 - Kaka, 27.
Bavariya (Almaniya) – Arsenal (İngiltərə) - 1:1 (İlk oyun - 2:0)
Qollar: Şvaynştayger, 55 - Podolski, 57.
banner

Oxşar Xəbərlər