• cümə, 29 Mart, 09:39
  • Baku Bakı 5°C

Çempionlar Liqası: Meydan sahibləri mərhələ adlayıb

19.08.20 09:28 782
Çempionlar Liqası: Meydan sahibləri mərhələ adlayıb
Çempionlar Liqasında (ÇL) 2020/21 mövsümünün I təsnifat mərhələsinə start verilib.
Apasport.az saytının məlumatına görə, bu gün ilk oyunlar keçirilib.
İlk gündə ümumilikdə 5 cütlük qalibi müəyyənləşdirib. Baş tutan qarşılaşmaların hamısında meydan sahibləri qələbə qazanaraq mərhələ adlayıb. Məğlub olan komandalar mübarizəni Avropa Liqasında davam etdirəcəklər.
ƏTRAFLI
Red Bull
Ümumilikdə olduqca məhsuldar gün alınıb. Yalnız "Legiya" yeganə qol sayəsində turnirdə yoluna davam edib. "Qarabağ"la yanaşı, Brest "Dinamo"su, "Seltik" və "Srvena Zvezda" rəqibinə böyük hesabla qalib gəlib. 5 matçda qapılara 25 top vurulub.
Qeyd edək ki, mərhələnin digər oyunları avqustun 19-da keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
18 avqust
20:00. "Qarabağ” (Azərbaycan) - "Sileks” (Şimali Makedoniya) - 4:0
Romero, 11,Gerye, 40, 51, Emreli, 80
21:00. "Legiya” (Polşa) – "Linfild” (Şimali İrlandiya) - 1:0
Kante, 82
22:00. "Dinamo” (Brest, Belarus) - "Astana” (Qazaxıstan) - 6:3
Qordeyçuk, 16, 22, Peçenin, 17, Sedko, 37, Diallo, 55, 90 - Tomasov, 45, Rotariu, 53, Beysebekov, 87
22:45. "Seltik” (Şotlandiya) – "Reykyavik” (İslandiya) - 6:0
Elyunussi, 6, 90+1, Eduard, 17, 72, Jullyen, 31, Taylor, 46
23:00. "Srvena Zvezda” (Serbiya) - "Europa” (Cəbəllütariq) - 5:0
El Fardou Ben, 35, 44, 52, İvaniç, 78, 87
banner

Oxşar Xəbərlər