• cümə axşamı, 28 mart, 15:03
  • Baku Bakı 16°C

Emolara qoşulan qız ailəsinin həyatını qarışdırdı

15.05.13 09:19 1566
Emolara qoşulan qız ailəsinin həyatını qarışdırdı
Bakının Yasamal rayonunda yeniyetmə qız yoxa çıxıb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, A.Ağayev küçəsi 42 saylı evdə yaşayan 15 yaşlı Günay Abdullayeva evdən çıxıb və geri qayıtmayıb.
Yasamal RPİ-nin 26-cı polis bölməsindən Milli.Az-a bildirildi ki, G.Abdullayevanın anası qızının itkin düşməsi ilə bağlı polisə məlumat verib. O deyib ki, qızı emolara qoşularaq saçlarını kök rənginə boyayıb və məktəbdən imtina edib. Xeyli müddətdir evdən qaçıb, Bakının mərkəzi parklarında qrup halında dolaşan emolarla birlikdədir.
Hazırda G.Abdulayevanın axtarışı davam edir.
banner

Oxşar Xəbərlər