• çərşənbə axşamı, 23 aprel, 22:38
  • Baku Bakı 20°C

Əmlak pensiyaçının xüsusi mülkiyyətində olduqda güzəşt tətbiq edilir

26.08.17 15:15 2146
Əmlak pensiyaçının xüsusi mülkiyyətində olduqda güzəşt tətbiq edilir
Təqaüdçülər (Pensiyaçılar) Vergi Məcəlləsinin XIII fəslində nəzərdə tutulan əmlak vergisindən azad edilirlərmi?
Vergilər Nazirliyinin Media və Kommunikasiya MərkəzindənAZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin vergitutma obyekti təşkil edir. Lakin bununla yanaşı, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, pensiyaçıların binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Bu güzəşt əmlak pensiyaçının xüsusi mülkiyyətində olduqda nəzərə alınır.
banner

Oxşar Xəbərlər