• cümə, 29 Mart, 14:32
  • Baku Bakı 14°C

Emil Qədirov “Sibir Romansiadası”nın fəxri qonağı olacaq

29.10.17 09:00 815
Emil Qədirov “Sibir Romansiadası”nın fəxri qonağı olacaq
Noyabrın 18-19-da Rusiyanın Tomsk şəhərində rus romansının gənc ifaçıları arasında "Romansiada” XXI beynəlxalq müsabiqəsinin Sibir turu keçiriləcək.
AZƏRTACxəbər verir ki, Moskvada yaşayan həmvətənimiz, Rusiya Televiziyasının Birinci kanalının "Qolos” layihəsinin dördüncü mövsümünün iştirakçısı gənc vokalçı Emil Qədirov müsabiqənin fəxri qonağı olacaq.
E.Qədirov Kreml Sarayında, İttifaqlar Evinin sütunlu salonunda, Moskva musiqi evində, Mərkəzi alimlər evində, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Hazırda "Qradski Holl” teatrının solisti olan həmvətənimizin repertuarına dünya klassik operalarından ariyalar, müxtəlif ölkələrin bəstəkarlarının romansları və estrada mahnıları daxildir.
banner

Oxşar Xəbərlər