• şənbə, 20 Aprel, 11:32
  • Baku Bakı 14°C

Emil Qədirov “Böyük Qələbənin mahnıları” adlı konsert proqramında çıxış edəcək

07.04.17 10:40 1046
Emil Qədirov “Böyük Qələbənin mahnıları” adlı konsert proqramında çıxış edəcək
Aprelin 25-də Xilaskar İsa Məbədinin kilsə zalında "Böyük Qələbənin mahnıları” adlı konsert proqramı olacaq. Konsertdə həmvətənimiz Emil Qədirov da çıxış edəcək.
AZƏRTACxəbər verir ki, bu barədə məlumat Emil Qədirovun rəsmi saytında yer alıb.
E.Qədirov Kreml Sarayında, İttifaqlar evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Rusiyanın "Qolos” layihəsinin iştirakçısı olan E.Qədirov hazırda "Qradskiy Holl” teatrının solistidir. Onun repertuarına dünya klassik operasından ariyalar, dünya bəstəkarlarının romansları və estrada mahnıları daxildir.
banner

Oxşar Xəbərlər