• cümə axşamı, 28 mart, 14:07
  • Baku Bakı 16°C

Elxan Məmmədov: "Müəyyən risklərin olduğunu başa düşməliyik" - Video

01.06.20 12:00 675
Elxan Məmmədov: "Müəyyən risklərin olduğunu başa düşməliyik" - Video
"Avropa çempionatının 2020-ci ildə baş tutmayacağı martda bəlli oldu. Hazırlıq plana uyğun gedirdi və üç mərhələdən ibarət idi. Birinci planlaşdırma mərhələsidir. Mart ayından əvvəl baş verənlərin hamısı budur. İkinci mərhələ həyata keçirilməsi, üçüncü isə AVRO-2020-nin başlanğıcıdır".
"Report"un məlumatına görə, bu fikirləri "Matç TV"yə açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-yə hazırlıq barədə danışarkən deyib.
Federasiya rəsmisi çempionat üçün planlaşdırma mərhələsini başa vuraraq, həyata keçirmə mərhələsinə daxil olduqlarını bildirib. Məmmədov həmin anda UEFA-nın yarışı təxirə saldığını xatırladıb: "Bizim güclü tərəflərimizdən biri stadionun hazır olması idi. Əlavə sərmayəyə ehtiyac yoxdur və hər şey plan üzrə getdi. 2021-ci ilin iyununda stadionda böyük tədbirlər planlaşdırılmadı. Tədbirlərimizin çoxunu daxili qurğularda təşkil edəcəyik. Məqsəd bu gözəl ot örtüyünü qorumaqdır".
İcraçı vitse-prezident Azərbaycan Premyer Liqasının yenidən başlaması barədə də danışıb. O, futbolçuların koronavirus testindən keçmələrinə dair təşəbbüsün AFFA-dan gəldiyini vurğulayıb: "Bütün klublar razılaşdı və müvafiq testləri həyata keçirdilər. Bu, hazırlıq mərhələsidir. Çempionatın bərpa olunmasına gəlincə, ilk növbədə, klubların məşqə başlamaları lazımdır. Bundan 3-4 həftə sonra isə çempionat bərpa olunmalıdır. Ancaq müəyyən risklərin olduğunu başa düşməliyik. Bu səbəbdən, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini dinləyir və yerinə yetiririk. Çünki hər hansı neqativ sonucların olmasını istəmirik. Təkcə AFFA yox, bütün strukturlar, fəaliyyət sahələri tövsiyələrə qulaq asmalı və sonra müvafiq qərarlar qəbul etməlidir".
Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. Azərbaycan tərəfiUEFA-yaAVRO-2020-nin təşkil edəcəyinə dair dövlət təminatı verib.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.AFFA Azərbaycan Premyer Liqasının bərpa tarixini ötən günaçıqlayıb.
banner

Oxşar Xəbərlər