• cümə, 29 Mart, 08:50
  • Baku Bakı 5°C

“Çelsi” və “Arsenal” da qoşuldu - Türk uğrunda mübarizəyə

12.06.17 15:30 1358
“Çelsi” və “Arsenal” da qoşuldu - Türk uğrunda mübarizəyə
"Bayeri”in futbolçusu Hakan Çalhanoğlu ilə "Latsio”nun maraqlandığı barədə məlumat yayılmışdı.
Kaspi.az xəbər verir ki, Türkiyə yığmasının üzvü uğrunda daha iki klub mübarizəyə qoşulub. "Çelsi” və "Arsenal”da Hakanın xidmətində maraqlıdır.
Məlumata görə, İtaliya klubu 23 yaşlı futbolçu uğrunda mübarizədə, maliyyə şərtlərinə görə London klublarına məğlub olur. Ancaq "Latsio” Hakana əsas heyətdə daim oynamaq üçün təminat verir.
Hakan başa çatan mövsümdə Bundesliqada 15 oyun keçirib, 6 qol vurub, 5 qol ötürməsi edib. Onun az oyun keçirməsinin səbəbi 4 aylıq diskvalifikasiyaya məruz qalmasıdır.
banner

Oxşar Xəbərlər