Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başa çatıb
Nyu-Yorkda Azərbaycan xarici işlər naziriElmar MəmmədyarovvəATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başa çatıb.
APA-nın məlumatına görə, bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, görüş təxminənsaat yarımdavam edib.
GörüşBMTBaş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutub.Görüşdə Dağlıq Qarabağ münaqişəsi və gündəlikdə duran məsələlər müzakirə edilib.
Qeyd edək ki, sentyabrın 23-də isə həmsədrlərin iştirakı ilə E. Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərə tutulub.