• çərşənbə axşamı, 23 aprel, 23:06
  • Baku Bakı 20°C

Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

25.03.20 19:45 3431
Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri cənab Teruyuki Katorini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildirilib.
Səfir Teruyuki Katori diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərinin hazırkı vəziyyəti, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində məmnunluqla danışıbar. Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd edib.
Tərəflər, eyni zamanda hazırda dünyanın mübarizə apardığı yeni növ koronavirus pandemiya ilə mübarizə məsələləri və bu xüsusda dövlətlər tərəfindən həyata keçirilən tədbirlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Elmar Məmmədyarov səfir Teruyuki Katorinin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

banner

Oxşar Xəbərlər