• çərşənbə axşamı, 19 mart, 10:31
  • Baku Bakı 8°C

Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb

07.10.19 20:32 939
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycana yeni təyin olunan səfiri Serjan Abdıkarimovu qəbul edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Serjan Abdıkarimovu səfir təyin olunması münasibətilə təbrik edib və qardaş Qazaxıstan səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin siyasi, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Eyni zamanda ölkələr arasında iqtisadi və ticarət sahələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Səfir S.Abdıkarimov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik inkişaf strategiyası sayəsində Azərbaycanın regionda mühüm rol oynadığını və bu xüsusda, ölkəmiz tərəfindən həyata keçirilən enerji, nəqliyyat və infrastruktur layihələrin əhəmiyyətini qeyd edib. O, iki ölkənin birgə həyata keçirdiyi layihələrinin uğurundan bəhs edərək, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.
E.Məmmədyarov Qazaxıstan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq təşkilatlarda nümayiş etdirdiyi prinsipial mövqeyə, ölkəmizin suverenliyi və ərazi bötövlüyünün daimi dəstəyinə görə təşəkkür ifadə edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Səfir Serjan Abdıkarimov etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
banner

Oxşar Xəbərlər