• şənbə, 20 Aprel, 00:55
  • Baku Bakı 15°C

Elmar Məmmədyarov bu gün Moskvada həmsədrlərlə görüşəcək

16.11.17 11:30 1191
Elmar Məmmədyarov bu gün Moskvada həmsədrlərlə görüşəcək
Bu gün xarici işlər naziriElmar MəmmədyarovMoskvadaATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcək.
APA-nın məlumatına görə, görüşün yerli vaxtla saat 11:00-da başlaması gözlənilir. GörüşdəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylər və nazirlər arasında görüşün mümkünlüyü müzakirə olunacaq.
Qeyd edək ki, həmsədrlər Moskvada eyni formatda 2 gün əvvəl Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Münaqişənin həlli istiqamətində danışıqlar aparmaq və nazirlərin görüşünü müzakirə etmək üçün noyabrın 19-20-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana və Daha sonra Ermənistanı səfəri nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər