• cümə axşamı, 18 aprel, 17:23
  • Baku Bakı 22°C

Elman Rüstəmov: “Beynəlxalq Bank ətrafında baş verənlər manata təsir etməyəcək”

30.05.17 13:00 1227
Elman Rüstəmov: “Beynəlxalq Bank ətrafında baş verənlər manata təsir etməyəcək”
"Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planının baş tutub-tutmaması manatın məzənnəsinə təsir etməyəcək”. "APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədriElman Rüstəmovbildirib.
"Bu prosesin manatın məzənnəsinə heç bir təsiri olmayacaq. Bildiyiniz kimi, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası planı Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul olunmuş proqrama əsasən həyata keçirilən tədbirdir”, - deyə o qeyd edib.
Bankir əlavə edib ki, ilin sonunadək manatın məzənnəsi üçün heç bir risk yoxdur: "İlin sonunadək manatın ucuzlaşması risklərini görmürük".
banner

Oxşar Xəbərlər