• çərşənbə axşamı, 16 aprel, 15:16
  • Baku Bakı 19°C

Elis Manolova qadın güləşçilərimizə ikinci qızıl medal qazandırıb

21.05.17 20:27 1392
Elis Manolova qadın güləşçilərimizə ikinci qızıl medal qazandırıb
Bu gün daha bir Azərbaycan güləşçisi IV İslam Həmrəyliyi Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
APA-nın məlumatına görə, 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Elis Manolova həlledici qarşılaşmada Qazaxıstan güləşçisi Jamila Bakbergenovaya qalib gəlib.
Azərbaycanın birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final görüşünə baxıb. E. Manolova finala gedən yolda kamerunlu Blandin Metala Epanqanı və türkiyəli Buse Tosunu məğlub edib. Bu çəki dərəcəsində bürünc medallara Şerin Sultana və Türkiyə təmsilçisi Buse Tosun layiq görülüblər.
Qalib idmançılara medalları birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim edib.
banner

Oxşar Xəbərlər