• cümə axşamı, 25 aprel, 03:33
  • Baku Bakı 19°C

Əliağa Vahidin xatirəsinə həsr olunmuş ədəbi bədii gecə keçiriləcək

01.06.17 11:40 1334
Əliağa Vahidin xatirəsinə həsr olunmuş ədəbi bədii gecə keçiriləcək
İyunun 28-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin xatirəsinə həsr olunmuş "Füzuli yadigarı” adlı ədəbi bədii gecə keçiriləcək.
Gecədə Respuklikanın Xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Aygün Bayramova,Əməkdar İncəsənət Xadimi Aqil Məlikov, Əməkdar artistlər Elnarə Abdullayeva, Teyyub Aslanov, Ehtiram Hüseynov, xanəndələr Hüseyn Məlikov, Məmməd Nəcəfov və Vəfa Vəzirova iştirak edəcəklər. Konsertdə xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər.
Saat 19:00 –da başlayacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir. Biletləriwww.iticket.azsaytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30
banner

Oxşar Xəbərlər