• cümə, 29 Mart, 06:09
  • Baku Bakı 5°C

Əli Rəsul Usul: “Azərbaycanın bu cür çətin coğrafiyada belə uğur qazanması möcüzədir”

07.10.16 12:37 944
Əli Rəsul Usul: “Azərbaycanın bu cür çətin coğrafiyada belə uğur qazanması möcüzədir”
"Bu il Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi qeyd olunur. Bu müddətdə Türkiyə daima Azərbaycanın yanında olub".

BunuAPA-ya Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Rəsul Usul deyib. O bildirib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi çox aydındır: "Azərbaycan nə vaxt dara düşsə, Türkiyə onun yanında olub. Türkiyə də dara düşəndə Azərbaycan Türkiyənin yanındadır. Bu baxımdan Azərbaycan-Türkiyə münasibətləri özəldir. Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyini qeyd etməsi ən çox bizi sevindirir".

Direktor qeyd edib ki, Azərbaycan çətin regionda yerləşməsinə baxmayaraq, bir sıra uğurlar qazanıb: "Regionda münaqişələr mövcuddur, bütün dünyanın diqqəti buradadır. Azərbaycanın bu cür çətin coğrafiyada belə uğur qazanması möcüzədir. Torpağının 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycan bu gün böyük uğurlar qazanır. Biz də Türkiyə olaraq, Azərbaycanın qardaşı kimi buna görə çox sevinirik".
banner

Oxşar Xəbərlər