• cümə axşamı, 28 mart, 16:01
  • Baku Bakı 16°C

Əli İnsanov barəsində üç maddə üzrə cinayət işi başlanıb

24.08.16 19:20 942
Əli İnsanov barəsində üç maddə üzrə cinayət işi başlanıb
Sabiq səhiyyə naziri Əli İnsanov barəsində hansı maddələr üzrə cinayət işinin başlandığı məlum olub.

Ə. İnsanovun vəkili Toğrul BabayevAPA-ya bildirib ki, sabiq nazirə Cinayət Məcəlləsinin 234.1-ci (atış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə yeni ittiham irəli sürülüb.

Vəkil qeyd edib ki, istintaq hərəkətləri aparılıb, dindirmə olub: "Əli İnsanov ifadə verməkdən imtina edib. O, irəli sürülən ittihamların heç birini qəbul etməyib. Biz hazırda Qaradağ Rayon Məhkəməsindəyik. Sabiq nazirin Cəzaçəkmə Müəssisəsindən təcridxanaya etap olunması ilə bağlı qərar qəbul olunmalıdır”.

T. Babayev Ə. İnsanovun həbsdən azad edilməsinə 1 ay 27 gün qaldığını da bildirib.

Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.
banner

Oxşar Xəbərlər