• şənbə, 20 Aprel, 01:48
  • Baku Bakı 15°C

Əli Hüseynli: "Ümid edirik ki, ÜAK fəaliyyətini davam etdirəcək"

14.09.17 13:50 1117
Əli Hüseynli: "Ümid edirik ki, ÜAK fəaliyyətini davam etdirəcək"
"Ümid edirik ki, Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin apellyasiya şikayətinə ədalətli baxacaq".APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədriƏli Hüseynli"Moskva-Bakı oxu- Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxışında bildirib.
Ümumrusiya Azərbaycan Konqresinin Rusiya-Azərbaycan münasibətlərində gördüyü işlərdən danışan Ə.Hüseynli bildirib ki, ÜAK-ın ləğv olunması ilə bağlı qərar Azərbaycan ictimaiyyətini və Rusiyada yaşayan azərbaycanlıları çox narahat edir: "Ümid edirik ki, ÜAK-ın ləğvi ilə bağlı qərardan verilən apelyasiya şikayətinə ədalətli baxılacaq. ÜAK fəaliyyətini davam etdirəcək".
banner

Oxşar Xəbərlər