• cümə, 19 Aprel, 17:03
  • Baku Bakı 25°C

Əli Həsənov: "Türkiyənin bəzi deputatlarının AŞPA-da əleyhimizə səs verməsi bizi incitdi"

08.11.17 19:04 871
Əli Həsənov: "Türkiyənin bəzi deputatlarının AŞPA-da əleyhimizə səs verməsi bizi incitdi"
"Türkiyəni təmsil edən 4 nəfərin Dağlıq Qarabağa qanunsuz səfəri və bəyanatları bizi nə qədər incitdisə, inanıram ki, sizi də, Türk dünyasının birliyini arzulayanları da o qədər incitdi".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisiƏli Həsənovölkəmizdə səfərdə olan Türkiyə Çukurova Bələdiyyələr Birliyinin bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşdə bildirib.

Ə. Həsənov Türkiyənin bəzi deputatlarınınAvropa ŞurasıParlament Assambleyasında Azərbaycanın əleyhinə olan qətnamənin qəbulunə səs vermələrinin də narahatlıq yaratdığını deyib: "Avropa ŞurasıParlament Assambleyasında bəzi türk deputatların Azərbaycanın əleyhinə səs verməsi də bizi incitdi. Bu kimi halların olmamasını istərdik".
banner

Oxşar Xəbərlər