• şənbə, 20 Aprel, 14:57
  • Baku Bakı 23°C

Əli Həsənov: "Məcburi köçkünlər iki aylıq ödənişləri Novruz bayramından əvvəl alacaqlar"

03.03.17 12:20 603
Əli Həsənov: "Məcburi köçkünlər iki aylıq ödənişləri Novruz bayramından əvvəl alacaqlar"
"Biz məcburi köçkünlərin adlı siyahılarını artıq toplamışıq. Sabah Dövlət Komitəsində müşavirə keçirib, siyahılara baxacağam".
APA-nın məlumatına görə, bunu j baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədriƏli Həsənovbildirib. Ə. Həsənov deyib ki, məcburi köçkünlərin müavinətləri Novruz bayramından əvvəl fevral və mart ayları bir yerdə veriləcək: "Sayğac, qaz olmayan yerlər artıq dəqiqləşdirilib. 520 min adlı siyahı var, dəqiqləşdirmə mütəmadi olaraq aparılacaq. Hər ay dəqiqləşmə aparılacaq. Ola bilər ki, 3-5 yanlış düşüb, nəzərə alınacaq. Müraciət obyektivdirsə, mütləq nəzərə alınacaq".
Baş nazirin müavini bildirib ki, qaz olmayan yerlərdə ödəniş əvvəlki qaydada aparılacaq, Dövlət Komitəsi tərəfindən ödəniləcək: "Qaz olan yerlərdə isə məcburi köçkünlər adambaşına 36 manat alıb, özləri ödəniş edəcəklər".
banner

Oxşar Xəbərlər