• çərşənbə, 24 Aprel, 01:53
  • Baku Bakı 14°C

Əli Əsədov qazaxıstanlı həmkarı ilə telefonla danışıb

19.03.21 19:30 913
Əli Əsədov qazaxıstanlı həmkarı ilə telefonla danışıb
Qazaxıstan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş naziriƏli Əsədovilə Baş nazirAskar Maminarasında telefon danışığı olub.
Bu barədə Kaspi.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, söhbət zamanı Askar Mamin öz həmkarını Novruz bayramı münasibətilə təbrik edib, Qazaxıstan və Azərbaycan xalqlarının uzunəsrlik dostluğunun möhkəm təməllərə söykəndiyni deyib. Azərbaycanın uğurları xüsusi vurğulanıb.
Söhbət zamanı Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin iqtisadi və ticarət aspektlərinə dair bir sıra məsələlər müzakirə olunub.
banner

Oxşar Xəbərlər