Elektron hökumətlə bağlı ölkədə ilk konfrans AzTU-da işə başladı - Fotolar
Azərbaycan Texniki Universitetində (AzTU) «Elektron imza İnformasiya Cəmiyyətinin
(Elektron hökumətin) vacib atributudur: Elektron imza tətbiqinin üstünlükləri və
aktual problemləri» mövzusunda Respublika Elmi-Praktiki konfransı öz işinə başladı. İştirakçılar əvvəlcə ulu
öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül qoyub, ehtiramlarını
bildiriblər.
Konfransı
giriş sözü ilə açıq elan edən AzTU-nun rektor əvəzi Xalıq Yahudov bildirib ki,
«Elektron imza İnformasiya Cəmiyyətinin (Elektron hökumətin) vacib atributudur:
Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri» mövzusunda elmi
toplantı Azərbaycanda ilk dəfədir ki, reallaşdırılıb. Rektor əvəzi Ulu Öndərin
dövlətçilik və güclü Azərbaycan modelinin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini və bunun bariz nümunəsi olaraq bu gün ölkədə "Asan
imza” brendinin geniş vüsət aldığına diqqət çəkib. Qeyd edib ki, "Asan imza”dan
istifadə insanlara vaxt itkisinin qarşısını almaqla yanaşı məmur-vətəndaş əlaqəsinin
kəsilməsi yolu ilə neqativ halların aradan qaldırılmasına da geniş imkan
yaradır. Bu baxımdan Elektron imzanı İnformasiya Cəmiyyətinin ən vacib atributu
adlandıran Xalıq Yahudov bu sahədə olan çətinliklərin aradan qaldırılmasında konfransın
böyük əhəmiyyət kəsb etdiyini deyib.
Konfransın
Plenar İclasının çıxışçısı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin (NRYTN) şöbə müdiri İsbəndiyar Əliyev "Azərbaycanda elektron hökumət:
mövcud vəziyyət və inkişaf perspektivləri adlı məruzəsində bu sahədə tərəqqi
üçün konkret hədəflərin müəyyən olunmasının vacibliyinə diqqət çəkib.
Təhsil
Nazirliyinin sektor müdiri Gültəkin Hüseynova da təhsil müəsissələrində
elektronlaşma prosesinin sürətlə aparıldığını qeyd edərək, bu sahədə peşəkar
kadrların hazırlandığını bildirib.
Digər məruzəçi,
Dövlət Gömrük idarə rəisi, Layihələrin idarə edilməsi Assosiasiyasının
prezidenti, general-mayor İqbal Babayevsə
"Elektron hökumət proqramı çərçivəsində layihələrin idarə edilməsi
prinsipləri: reallıqlar və perspektivlər” mövzusunda çıxış edib. Məruzəçi
"Elektron hökumət” sahəsində həyata keçirilən layihələrin yaxşı perspektivlər vəd
etdiyini vurğulayıb.
"Multimediya”
İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüz də çıxışında "Elektron hökumət”in
qısa zamanda böyük nailiyyətlər qazandığını qeyd edib. Osman Gündüz "Elektron
hökumətin məntiqi davamı olan açıq hökumətin inkişaf istiqamətləri” adlı məruzəsində
internet resursları üzərindən şəffaflığın daha sürətli şəkildə yayıldığını
vurğulayıb.
Plenar
iclasdan sonra konfransın işi bölmə iclaslarında davam etdirilib.
Müxtəlif ali
təhsil müəssisələrindən, aidiyyəti nazirliklərdən, komitə və təşkilatlardan
nümayəndələrin iştirak etdiyi konfransa ümumilikdə 90 məqalə təqdim olunub. Konfrans
2 gün davam edəcək və sonda yekun iclası keçirilərək əldə edilən nəticələr
müzakirə olunacaq.