Elə belə də gözləyirmiş
"Tottenhem”in
baş məşqçisi Joze Mourinyo "Mançester Yunayted”lə oyundan sonra fikirlərini
bildirib.
Kaspi.az xəbər
verir ki, Mourinyo MY fanatlarının özünə qarşı münasibəti barədə də danışıb.
Portuqal mütəxəssis bildirib ki, bu münasibət elə gözlədiyi kimi də olub:
"Bu münasibət
şirin, nəzakətli və ali idi. Elə belə də gözləyirdim”.
"Tottenhem”
"Mançester Yunayted”ə məğlub olub – 1:2. Joze Mourinyo London klubundan əvvəl
"Mançester Yunayted”də işləyib.