• şənbə, 20 Aprel, 17:48
  • Baku Bakı 23°C

Elçin Əzizov Böyük Teatrda "Traviata" operasında çıxış edəcək

18.02.17 11:45 1077
Elçin Əzizov Böyük Teatrda "Traviata" operasında çıxış edəcək
Mayın 9-dan 14-dək Rusiya Böyük Teatrında Cüzeppe Verdiyinin "Traviata" operası nümayiş etdiriləcək.
AZƏRTACteatrın saytına istinadla xəbər verir ki, mayın 10-da, 12-də və 14-də bu səhnə əsərində Jorj Jermonun partiyasını Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov ifa edəcək.
Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin "İolanta" və "Qaratoxmaq qadın", Sergey Prokofyevin "Üç portağal sevgisi", N.A.Rimski-Korsakovun "Çar gəlini", Jorj Bizenin "Karmen", Modest Musorqskinin "Boris Qodunov", Cüzeppe Verdinin "Traviata", "Don Karlos", Aleksandr Borodinin "Knyaz İqor" operalarında, İohan Ştrausun "Yarasa" operettasında yaddaqalan obrazlar yaradıb.
banner

Oxşar Xəbərlər