• cümə axşamı, 28 mart, 21:39
  • Baku Bakı 13°C

Elçin Babayev: "Geomaqnit qasırğası davam edir"

13.10.17 15:20 1997
Elçin Babayev: "Geomaqnit qasırğası davam edir"
Bir neçə gün əvvəl başlayan geomaqnit qasırğası hələ də davam etməkdədir.
Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin BabayevAPA-ya bildirib ki, Kp indeksinin qiyməti 3 ilə 5 arasında dəyişir: "Hazırda G1 kateqoriyalı geomaqnit qasırğası davam etməkdədir. Yer kürəsi hələ də Günəşdən başlanğıcını götürən plazma küləyinin ağuşundadır. Lakin getdikcə qasırğa səngiyəcək. Artıq yuxarı en dairələrində yerləşmiş ölkələrin ərazisində əsrarəngiz təbiət hadisəsi olan "avrora"lar ("qütb parıltıları") müşahidə olunub".
banner

Oxşar Xəbərlər