• cümə, 29 Mart, 01:33
  • Baku Bakı 7°C

Elçibəyin anadan olmasının 75 ili tamamlandı

24.06.13 08:52 1537
Elçibəyin anadan olmasının 75 ili tamamlandı
İyunun 24-də mərhum prezident Əbülfəz Elçibəyin anadan olmasının 75 ili tamamlanır.
1938-ci ildə Ordubadın Kələki kəndində doğulan Əbülfəz Elçibəy 1960-cı ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə çalışıb, sonra Bakıda elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
1975-ci ildə antisovet təbliğatında günahlandırılaraq həbs edilib. 1977-ci ildə həbsdən buraxılandan sonra Əlyazmalar İnstitutunda işləyib.
1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə (sonradan Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrlik edib. 1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilib. 1993-cü ildə istefa verib.
1997-ci ildə paytaxta dönən Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də vəfat edib.
banner

Oxşar Xəbərlər