• cümə, 29 Mart, 17:27
  • Baku Bakı 14°C

Əlcəzair yığması tarixə düşdü

23.06.14 09:54 1335
Əlcəzair yığması tarixə düşdü
Braziliyada keçirilən dünya çempionatının final mərhələsində yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Cənubi Koreyanı 4:2 hesabı ilə məğlub edən Əlcəzair millisi mundiallarda görünməmiş nailiyyətə imza atıb.
Belə ki, “Səhra tülküləri” final mərhələsində 4 qol vuran ilk Afrika komandası kimi tarixə düşüb. 1930-cu ildən keçirilən yarışların tarixi ərzində “Qara qitə” təmsilçilərindən heç biri bir oyunda 4 top vurmamışdı.
Tarixində ilk dəfə 1/8 finala yüksəlməyə yaxın olan Əlcəzair millisi əvvəlki 3 cəhdində qrupda qalıb. Final mərhələlərində 9 görüş keçirən komanda cəmi 6 qol vurmuşdusa, artıq Braziliyadakı 2 görüşdə komanda artıq 5 dəfə rəqib qapılarına yol tapıb.
İlk qarşılaşmasında Belçikaya 1:2 hesabı ilə uduzan afrikalılar son turda Rusiya ilə üz-üzə gələcək. 1982-ci ildə 2 qələbə qazanan, amma qrupda qalan “səhra tülküləri” 1990 və 2010-cu ildə mundialı qələbəsiz bitirmişdi.
Qeyd edək ki, bu 4 qoldan sonra Əlcəzair həm də çıxış etdiyi H qrupunun ən məhsuldar komandası olub.
banner

Oxşar Xəbərlər