• çərşənbə, 24 Aprel, 13:12
  • Baku Bakı 27°C

Eks-prezident: Türkiyə Aİ-yə güzəştə getməməlidir

09.11.17 16:34 976
Eks-prezident: Türkiyə Aİ-yə güzəştə getməməlidir
Türkiyə Avropa İttifaqına (Aİ) güzəştə getməməlidir.
Trend-in məlumatına görə, bunu Türkiyənin keçmiş Prezidenti Abdullah Gül deyib.
Təşkilatla danışıqları dayandırmağa çağıran A.Gül qeyd edib ki, ilk növbədə, Ankara Aİ-yə daxil olmaq üçün keçirilməli olan islahatın xalqa nə dərəcədə faydalı olduğuna diqqət yetirməlidir.
Qeyd edək ki, bir müddət əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan Ankaranın deyil, Aİ-nin Türkiyənin təşkilata daxil olması ilə bağlı danışıqları başa çatdırmaq üçün ilk addım atacağını bildirib.
Dövlət başçısı deyib ki, ölkənin Aİ-yə daxil edilməməsindən Ankara heç nə itirməyəcək.
banner

Oxşar Xəbərlər