• cümə, 19 Aprel, 02:10
  • Baku Bakı 18°C

"Ekoloji təmiz avtomobillərin istifadəsi stimullaşdırılmalıdır" - Ekspert

10.03.21 20:15 1173
"Ekoloji təmiz avtomobillərin istifadəsi stimullaşdırılmalıdır" - Ekspert
"Azərbaycana avtomobil idxalı üçün gömrük rüsumlarının artıırılmasının əleyhinəyəm. Əgər ölkəmizin avtomobil parkını yeniləmək istəyiriksə, məhsuldar və nəticə verə bilən tədbirlər görməliyik”.
Bunu "Report”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspertEldəniz Cəfərovekoloji təmiz avtomobillərin idxalının stimullaşdırılması ilə bağlı Azərbaycan hökumətinin planlarını şərh edərkən deyib.
Onun fikrincə, stimullaşdırma ilə bağlı addımlar avtomobillərin ucuzlaşmasına da təsir edəcək: "Biz köhnə avtomobillər üçün rüsumları qaldırmaqdansa yeni maşınların rüsumlarını azaltmalıyıq. Bildiyiniz kimi indi ölkəyə daha çox ekoloji təmiz avtomobillər gətirilir. Yəni bu, sadəcə Azərbaycanın istəyi deyil, belə bir proses dünyada başlayıb. Dünyanın bütün iri avtomobil istehsalçıları benzin və dizel yanacağı ilə işləyən maşınlardan imtina edirlər. Artıq bu epoxa bitdi. İndi ekoloji təmiz avtomobillərin dövranı gəlib. İdxal olunan təzə avtomobillərin rüsumlarının endirilməsi onsuz da labüddür. Artıq dövlət proqramında da göstərilib ki, ekoloji təmiz avtomobillərin ölkəmizə idxalını stimullaşdıran addımlar atmaq lazımdır. Yaxşı olardı ki, biz həmin ekoloji təmiz avtomobillərin gömrük vergi və rüsumlarını endirək. Əgər aşağı rüsum tətbiq ediləcəksə və təzə maşın alınmasına şərait yaranacaqsa vətəndaş niyə xaricdən köhnə avtomobil gətirsin ki?!
Yəni vətəndaş həm ölkə daxilində olan dillerlərdən, həm də öz istədiyinə uyğun olaraq birbaşa xaricdən təzə ekoloji təmiz avtomobillərin alınıb gətirilməsinə üstünlük verəcək. Digər tərəfdən də nəzər almaq lazımdır ki, hazırda ölkəmizin avtomobil parkı köhnədir. Köhnə avtomobillərin idxal rüsumu artırılsa daxildə illərlə avtomobilini sürməyən vətəndaşlar onları ucuz qiymətə təmir edib yenidən istismar edəcək. Həmçinin rüsumlar yüksəlsə bugünkü təhlükəsizlik və digər standartlara cavab verməyən sovet və Rusiya istehsalı avtomobillərin ölkəmizə axını başlayacaq. Biz faktiki olaraq vətəndaşımızı komfortlu maşın sürməkdən məhrum edirik”.
Ekspert Azərbaycanın utilizasiya proqramına hazır olmadığını da qeyd edib: "Düşünürəm ki, biz hələ bu gün utilizasiya prosesinə hazır deyilik. Bu proqrama başlamazdan öncə qarşımızda duran bir neçə proqram var. Əgər biz bu gün utilizasiya proqramına başlasaq böyük narazılıqlar yaranar. Azərbaycanda istehsal edilən avtomobillərin sayı heç2 000-i keçmir. Amma illik tələbatımız50 000minik avtomobili civarındadır. Əgər dövlət vətəndaşın sürdüyü köhnə avtomobili alsa və ona müəyyən məbləğ yaxud vauçer versə, bu, həmin vətəndaşa yeni avtomobil almağa imkan verməyəcək. Əgər bir vətəndaşa köhnə avtomobili müqabilində10min manat verilirsə bu heç müasir və ekoloji təmiz avtomobilin kreditlə alınması üçün ödənilən ilkin ödəniş məbləği etmir. Bütün bunları nəzərə alaraq yeni avtomobillərin kreditləşməsi zamanı ilkin ödənişi 40%-dən 20%-ə endirmək lazımdır. Bu zaman isə vətəndaşa edilən ödəniş kreditə yeni maşın alınması zamanı ilkin ödənişə çata bilər. Ona görə də utilizasiya proqramı könüllü olmalıdır. Bunun üçün isə ona şərait yaradılmalıdır”.
E.Cəfərov ili köhnə avtomobillərin istismarını məhdudlaşdırılması üçün ekoloji verginin tətbiqinin əks-təsirləri ola biləcəyini də deyir: "Bunun ölkəmizdə tətbiq edilməsi çox tezdir. Mən ekologiyanın deyil, bu mexanizmin əleyhinəyəm. Çünki vətəndaşın qarşısına alternativ qoymadan ona ili köhnə maşına görə vergi tətbiq edəndə vətəndaş da ili təzə maşın tələb edə bilər. Yəni ona köhnə avtomobil sürməyi qadağan edirik, amma yeni və komfortlu avtomobil alması üçün də şərait yaratmırıq.
Bu gün ölkəmizdə ənənəvi yanacaqla işləyən maşınların qadağası yoxdur. Onsuz da ölkə daxilində bu avtomobillər sürülür. Tutaq ki, biz ölkəmizə dizellə çalışan avtomobillərin gətirilməsini qadağan etdik, amma ona daha qənaətcil və ekoloji təmiz avtomobil almağa şərait yaratmadıq. Bu zaman narazılıq yaranacaq.
"Vətəndaşlar dizellə çalışan avtomobili niyə alır? Təbii ki, qənaətcil olduğu üçün! Əgər dövlət ekoloji cəhətdən təmiz və qənaətcil avtomobil idxalını stimullaşdırsa heç kim dizellə çalışan avtomobil almaz.
Digər bir məsələni də nəzərə almaq lazımdır. Sənayenin bəzi sahələri var ki, təhlükəsizlik baxımından orada dizellə çalışan avtomobillərin istifadəsi mütləqdir. Bu baxımdan dizellə çalışan maşınların istismarını tam məhdudlaşdırmaq deyil, stimullaşdırmaq mümkündür. Dizellə çalışan və yeni avtomobilin ölkəyə gətirilməsində problem görmürəm, amma ömrünü başa vurmuş istənilən növ yanacaqla çalışan maşınların Azərbaycana idxalı azaldılmalıdır”.
Ekspert hesab edir ki, Avropa təcrübəsindən yararlanaraq ekoloji cəhətdən təmiz avtomobillərin stimullaşdırılması üçün addımlar atılmalıdır: "Biz ekspertlər bununla bağlı bir neçə dəfə təkliflərlə çıxış etmişik. Bir daha təkrar edirəm ki, ilk olaraq kredit şərtləri yumşaldılmalıdır və təzə avtomobillərin ilkin ödənişləri20%-ə endirilməlidir. HəmçininKASKOsığorta və bank kreditləşməsi faizləri də azaldılsa yaxşı olar. Avropa təcrübəsindən bəhrələnərək KASKO üzrə ödənişləri50%-dək azalda bilərik. Həmçinin ölkəyə idxal olunan elektromobillərə görə alınan15%-lik rüsumu5%-ə endirə bilərik. Hazırda hibrid avtomobilləri ənənəvi yanacaqla çalışan avtomobillər eni qaydalarla qeydiyyata alınır. Amma burada da fərqləndirmə olmalıdır. Bunun üçün isə ekoloji təmiz avtomobillər (elektromobil, hibrid və hidrogen mühərrikli avtomobillər) eyni kateqoriyada salınmalıdır ki, bütün güzəştlər hamısına aid olsun. Hesab edirəm ki, belə bir addımların atılması avtomobillərin qiymətinin də20% civarında azalmasına səbəb olacaq”.
banner

Oxşar Xəbərlər