Ekoaktivistlərin növbəti hədəfi Biq Ben qülləsi olub

Ekoaktivistlərin növbəti hədəfi Biq Ben qülləsi olub

Təfsilat
19 Oktyabr 2019, 12:00 130
Londonda davam edən ekoaktivist mitinqləri zamanı növbəti hədəf bütün dünyada Biq-Ben adı ilə məşhur olan Britaniya parlamentinin saat qülləsi olub.
AZƏRTAC xəbər verir ki, 43 yaşlı aktivist Ben Atkinson təmir gedən qülləyə qalxaraq etirazını orda davam edib. O, iqlim və ekoloji vəziyyətlə bağlı plakatlar qaldırıb. Atkinson Baş Nazirlə danışmaq istədiyini bildirib. 3 saat sonra polis tərəfindən yerə endirilən Atkinson həbs edilib.
Buna baxmayaraq etirazlar Oksford Sirkus, Trafalqar Meydanı və Vestminister ərazilərində davam edib.
Qeyd edək ki, etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub.