• cümə, 19 Aprel, 20:21
  • Baku Bakı 24°C

Əkin sahələrinin suvarılma sistemi asanlaşdırılır

06.06.20 18:22 518
Əkin sahələrinin suvarılma sistemi asanlaşdırılır
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti ölkəərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və müasirtexnologiyaların tətbiqi ilə su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsiistiqamətində yeniliklərə imza atır.
Bu barədə "Report” ASC-yə istinadən xəbər veir.
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndəsi Dilqəm Şərifovbildirib ki, respublika ərazisində əkinlərin su təminatının yaxşılaşdırılmasıməqsədilə 2018-2019-cu illərdə qazılan subartezian quyularında SCADA sistemitətbiq edilib. Artıq14rayonda SCADA sisteminə qoşulan322subartezianquyusundan əkinlərin suvarılmasında istifadə edilir.Mərkəzdən idarə olunan bu sistem zamanı subartezian quyularına videogörüntü ilə nəzarət etmək, quyunu işə salmaq, suvarma başa çatdıqda söndürmək mümkündür.
Yeni sistem əllə nəzarət, avtonəzarət və zamanlı nəzarət rejimləri vasitəsilə idarəolunur. Əllə nəzarət rejimi ilə subartezian quyusunu nəzarətçilər işə sala və yasöndürə bilərlər. Avtonəzarət rejimində isə subartezian quyusunun işə salınması vəya söndürülməsi yalnız mərkəzdən həyata keçirilir. Zamanlı nəzarət rejimində isəsubartezian quyusu əvvəlcədən müəyyən olunmuş zaman müddətində işləyir, vaxttamam olanda isə avtomatik sönür. Yeni sistemlə elektrik enerjisi sərfiyatına,quyudakı suya, dərinlik nasosuna nəzarət etmək olur, su itkisinin qarşısı alınır.Gələcəkdə yeni qazılan bütün subartezian quyularında SCADA sisteminin tətbiqedilməsi nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər