Ehtiyatlı olmaq vacib idi - “Çelsi”nin baş məşqçisi
"Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup
mərhələsinin ilk turunda "Qarabağ”la keçirilən oyundan (6:0) sonra fikirlərini
bildirib.
Kaspi.az xəbər verir ki, Konte futbolçularından razı qaldığını deyib.
O, komandasının qarşılaşmaya əla kökləndiyini vurğulayıb:
"Hesab edirəm ki, əla nəticəyə nail olduq. Çempionlar Liqasında
yolumuza düzgün başladıq. Yetirmələrimin ifasında yaxşı oyun gördüm. Uşaqlar
qarşılaşmaya əla köklənmişdilər. İlk dəqiqələrdən son dəqiqəyə qədər məsuliyyət
hissini azaltmadılar.
Belə qarşılaşmalar hər zaman təhlükəli olur. Ona görə də ehtiyatlı
olmaq vacib idi. Sevinirəm ki, futbolçularım əla çıxış etdilər.